L.Stroll xal qazanmaq istəyir

Aston Martin komandasının sürücüsü Ləns Stroll Mayami yarışından xalla dönəcəyinə inanır.

F-1.az xatırladır ki, kanadalı sürücü bugünkü yarışa 10-cu yerdən başlayacaq.

Ləns Stroll: “Sıralanma turundakı performansımıza görə sevincliyəm. İkinci sessiyada əla dövrə vurdum. Amma üçüncü sessiyada son sektorda səhv elədim və məyusam. Yenə də 10-cu yerdəyik və xallar uğrunda mübarizə apara bilərik.

Yeni traslarda müəmmalar çox olur. Buna görə də fürsətlərdən istifadə etməliyik. Mən özümü hazır hiss edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*