S.Peres: “Stroll motivasiyalıdır”

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, Lourens Stroll komandanın ən motivasiyalı üzvüdür..

F-1.az xatırladır ki, kanadalı iş adamı keçən il Force İndia-nı satın aldıqdan sonra oğlunu komandaya gətirib. Bundan sonra əksəriyyət düşünürdü ki, Serxio Peres komandada ikinci sürücü olacaq. Lakin meksikalı sürücü komandanın yeni idarəçilərindən razıdır: “O, çox həyəcanlıdır. Böyük ehtimalla boksdakı ən motivasiyalı insandır. Həyatında ən sevdiyi və ən çox motivasiya ilə yanaşdığı layihənin Racing Point olduğunu deyir. O, hər səhər altıda durur və uğur qazanmaq üçün var qüvvəsi ilə işləyir. Komandaya nəzarət edir. Eyni zamanda Otmar Safnauer və digər işçilərə iş görməyə şərait yaradır. Amma hamımız bilirik ki, uğurlu nəticələr əvvəl-axır gəlməlidir. O, yarışları sevir. Onun enerjisi və motivasiyasına təəccüblənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*