23 Oktyabr 2019, Çərşənbə - 06:27

Komandalar Bridgestone-dan Formula1-də qalmağı xahiş ediblər

Komandalar Bridgestone-dan Formula1-də qalmağı xahiş ediblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:16 - 15 May, 2010

Bridgestone şirkətinin yarış proqramının rəhbərləri Yapon təkər konserninin direktorlar şurasını Formula1-dən getmək qərarına yenidən baxılmasına cəhd edəcəklər. Əsas arqument: çempionatda […]

Bridgestone şirkətinin yarış proqramının rəhbərləri Yapon təkər konserninin direktorlar şurasını Formula1-dən getmək qərarına yenidən baxılmasına cəhd edəcəklər. Əsas arqument: çempionatda iştirak edən komandalar Bridgestone-un çempionatda qalmasını çox istəyirlər.

İspaniya Qran Prisi günlərində Bridgestone Motorsport-un başçısı Hiroşi Yasukava komandaalrın nümayəndələri ilə bir neçə dəfə görüşüb, onlardan aldığı məlumatları isə konsernin Avropa bölümünün yeni başçısı Makeo Ohaşiyə ötürüb – Makeo da bu uik-end Barselonada olub.

Formal olaraq Bridgestone-un Formula1-dən getməsi qüvvədədir, amma Yasukava bildirib ki, komandaların xahişini konsernin başçılarına çatdırmaq fikrindədir…

Hiroşi Yasukava: “Yarışlardan sonra keçirilən toplantıların yekunları barədə biz həmişə Yaponiyaya xəbər veririk, ona görə də bu uik-end baş verənlər barədə hesabatı da direktorlar şurasına təqdim edəcəyik. Cənab Ohaçi də etiraf edir ki, Formula1 Bridgestone üçün çox vacibdir.

Mən komandaların bizim şirkətə qarşı münasibətini yüksək dəyərləndirirəm və biz razıyıq ki, onlar əvvəlki kimi bizə etibar edirlər və istəyirlər ki, Bridgestone qalsın. Çox güman ki, biz bu məsələyə qayıtmalıyıq, bazarda vəziyyət və ekologiya məsələlərini yenidən təhlil etməliyik. Biz başa düşürük ki, Formula1-də də ekoloji problemləri artmasını nəzərə alırlar və tezkliklə komandalar yeni motorlara keçəcəklər.

Amma hələlik heç nə dəyişməyib. Təəssüf ki, bizim şirkət mövsümün sonunda çempionatı tərk etməsi barədə qərar qəbul edib.”

Bütün bunlara baxmayaraq, komandalar qarşıdakı uik-end Monakoda da bu məsələni müzakirə etməyi düşünürlər. Ümumi rəyə əsasən, əgər Bridgestone çempionatda qalamağa razı sala bilməsələr, ən yaxşı variant PirelliMichelin hesab olunur.

Mercedes GP komandasının icraçı direktoru Nik Fray bildirib ki, komandalar hadisələrin necə cərəyan etməsini diqqətlə izləyirlər və başa düşürlər ki, tez bir zamanda bu məsələni həll etmək lazımdır…

Nik Fray: “Düşünürəm ki, yaxın 10 gün ərzində bu məsələni həll etməliyik. Məsələnin müsbət cəhəti odur ki, vəziyyət bir ay bundan əvvəl olduğundan daha yaxşıdır, o zaman yalnız bir variant var idi. İndi isə variant çoxdur, həm də Bridgestone-u çempionatda saxlaya bilərik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər
Paylaş

logo