K.Klin inanmır ki, Kubitsa Ferrari-yə keçəcək

BMW Sauber komandasının test sürücüsü Kristian Klin inanmır ki, onun komanda yoldaşı Robert Kubitsa İtaliya mətbuatının hesab etdiyi kimi ilin […]

BMW Sauber komandasının test sürücüsü Kristian Klin inanmır ki, onun komanda yoldaşı Robert Kubitsa İtaliya mətbuatının hesab etdiyi kimi ilin sonuna qədər Luka Badoyeri əvəzləmək üçün Ferrari-yə keçə bilər…

Kristian Klin: “Mən yalnız hamının bildiyini təkrar edə bilərəm. Ferrari hələ Monsada ikinci maşının sükanı arxasında kimin oturmasını təsdiq etməyib və çox güman ki, Skuderiyanın rəhbərləri mümkün variantları öyrənirlrər. Mən bildiryimə görə, mənim komanda yoldaşım Robert Kubitsanın BMW Sauber-lə müqaviləsi var və hesab edirəm ki, mövsümün sonuna qədər o komandada qalacaq.

Mən test sürücüyəm və əlbəttə, yarışlarda iştirak etmək istəyirəm. Lazım olarsa, komanda yoldaşlarımdan birini istənilən an əvəz edə bilərəm, ona görə də mən onlarla bir yerdə məşq edirəm, formamı saxlayıram, hətta Lə Man kimi yarışlarda da çıxış edirəm.

Bu həftə mən yenidən BMW Sauber F1.09 sükanı arxasında testlər keçirəcəm. Spada komanda irəliyə doğru böyük addım atıb, mövsümün sonunu yaxşı keçirmək istəyirik, axı indi hər bir qazanılmış xal Mühəndislər Kubokundakı mövqeyimizə təsir edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*