C.Batton: “Həmilton sürətli, Alonso hərtərəflidir”

Sabiq Formula1 sürücüsü Censon Batton bildirib ki, Həmilton ən sürətli komanda yoldaşı olsa da, Alonso kimi universal olmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 17 illik Formula1 karyerasında Barrikello, Həmilton, Alonso və Peres kimi pilotlarla komanda yoldaşı olub.

Censon Batton: “Komanda yoldaşlarımdan ən sürətlisi Lyuis, ən hərtərəfli olanı isə Alonso idi. İkisi də istedadlarına və çempionluqlarına görə həmişə xatırlanacaqlar. Barrikello isə texniki cəhətdən güclü idi. Ondan çox şey öyrəndim.

Məni ən çox təəccübləndirən Serxio Peres idi. Bəzi traslarda çox sürətli olsa da, bu performansını bütün mövsümə əks etdirə bilmirdi. Bütün sürücülərin özünəxas istedadı var, amma kimin ən yaxşı olduğunu deyə bilmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*