McLaren niyə Alonsoya icazə verib?

McLaren komandası Fernando Alonsonu komandada saxlamaq üçün İndy500-də yarışmasına icazə verib.

F-1.az xatırladır ki, Fernando Alonso builki Monako Qran Prisində yarışmayacaq, əvəzində isə İndy500 yarışında çıxış edəcək.

Jurnalistlər McLaren komandasının idman direktoru Erik Bulyedən “Alonsoya icazə verməkdə məqsədiniz müqaviləni uzatmaq idi?” sualını veriblər: “Niyə də yox? Hər danışığın özünəməxsus oyunları var.

Biz bu mövzuya Monakoda itirəcəyimiz xallar əvəzinə daha böyük pəncərədən baxırıq. Hər şeydən əvvəl boliddə Censon olacaq. Boliddən maksimum güc ala biləcək başqa bir Dünya Çempionu. Bir də gələcək üçün böyük perspektivi olan Stoffel Vandorn da yarışacaq. GP2 seriyasında yarışdığı zaman Monakoda qalib gəlib. Daha böyük pəncərədəm baxsaq, bu əla addımdır.

Honda ilə güclü münasibətimiz var. Rəqabətədavamlı olduğumuzu göstərmək istəyirik. McLaren İndy500-də əvvəllər yarışıb və qalib gəlib. Amerika McLaren üçün vacib bazarlardan biridir. Biz bu addımı ataraq, Alonso ilə Honda arasındakı münasibəti çoxillik etmək istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*