Raşbruk: Ford işçiləri Red Bull-da işləyəcəklər

Keçən həftə rəsmi olaraq təsdiqlənib ki, Amerika korporasiyası Ford 2026-cı ildə Formula1-ə Red Bull mühərriklərinin yaradılması sahəsində strateji tərəfdaş kimi qayıdacaq.

İlk baxışdan 1926-cı ilə hələ çox vaxt var, lakin Kristian Hornerin Nyu York təqdimatında dediyi kimi, motorçuların standartlarına görə, bu, artıq sabah baş verəcək.

F-1.az xəbər verir ki, Ford-u gələcək tərəfdaşlığını elan edən zaman və təqdimat mərasimində idarə heyətinin sədri Bill Ford və şirkətin prezidenti Cim Farli təmsil ediblər, lakin Ford Performance Motorsports-un başçısı Mark Raşbruk pərdə arxasında mətbuatla danışıb və amerikalıların Red Bull ilə əməkdaşlığının xüsusiyyətləri barədə açıqlama verib.

Mark Raşbruk: “Red Bull istehsal kompleksinin yerləşdiyi Milton Kinsdə böyük təməl yaradılıb və artıq güc qurğularının yığılacağı, test stendlərinin yerləşdiyi binanın tikintisi aparılır. Bunun güc qurğularının istehsalı proqramının əsas elementinə çevrilməsi planlaşdırılır. Eyni zamanda, yarış komandası ilə tam əməkdaşlıq qurmaq vacibdir ki, maşının yaradılması və onun yarışa hazırlanması prosesini optimallaşdırmaq mümkün olsun.

Ford Motor Company şirkətinin resursları bu prosesə tam cəlb oluna bilər və bu, əlavə əlverişli amil olacaq. Biz dərhal işləyəcəyimiz sahələrə qərar verdik – bu, əlbəttə ki, akkumulyatorların, elektrik mühərriklərinin istehsalı texnologiyası və idarəetmə proqram təminatının hazırlanmasıdır. Xüsusilə, söhbət güc qurğularının və bütövlükdə maşının işinin təhlili proseslərinin optimallaşdırılmasından gedir.

Həmçinin bu əməkdaşlıq vasitəsilə biz daha sonra yol avtomobillərimizin istehsalında tətbiq oluna bilən aerodinamika haqqında daha dərin biliklər əldə etməyə və komandanın sərəncamında olan müəyyən proseslərə və alətlərə çıxış əldə etməyə ümidliyik.

Əgər kadr məsələsindən danışsaq, təbii ki, Red Bull komandasında bizim bölmənin əməkdaşları çalışacaq. Ford Performance Motorsports beynəlxalq komandadır, bizim ABŞ, Böyük Britaniya və Avropada qlobal motor idman proqramlarımıza həsr olunmuş insanlar var və komanda daim böyüyür.

Red Bull ilə əməkdaşlıq da bu proqramın bir hissəsi olacaq. Təbii ki, layihəmizin bu mərhələsində olmasa da, əməkdaşlarımızın Milton Kinsdə daimi əsasda işlə təmin olunmasını gözləyirik. İndi biz bunun kim olacağı, nə vaxt baş verəcəyi və necə təşkil ediləcəyi ilə bağlı bütün sualları həll edirik, lakin biz sıx əməkdaşlıq etmək niyyətində olduğumuz sahələrə artıq qərar vermişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*