Ford Formula1-ə qayıtmayacaq?

Ford Performance-ın rəhbəri Deyv Perikak bildirib ki, Amerikanın məşhur avtomobil istehsalçısı Formula1-ə qayıtmayacaq.

F-1.az xatırladır ki, Ford şirkəti DFV mühərriyi ilə keçən əsrin 60-80-ci illərində ən güclülərdən olublar. Amerikanlar son çempionluqlarını 1994-cü ildə Benetton komandası ilə qazanmışdılar. Həmin il Mixael Şumaxer bir xal fərqlə sürücülər çempionatında qalib gələrək, Ford mühərriklərinə son çempionluğunu yaşatmışdı.

Amerika təmsilçisi Formula1-dəki son yarışını isə 2003-cü ildə Braziliyada qazanmışdı. Cankarlo Fizikella xaotik keçən yarışda qalib gələrək, həm Ford-a, həm də Jordan komandasına Formula1-dəki son yarış qələbəsini yaşatmışdı. Ümumilikdə isə Ford mühərriklə təmin etmək üzrə Formula1 tarixində 3-cü yeri tutur və 10 dəfə Dünya Çempionu titilunu qazanıb.

Ford 2000-ci ildə Stewart komandasını satın alıb, Jaguar adı ilə yarışdırsa da, bu proqram uğursuz olmuş və 2004-cü ildə 1 dollar qarşılığında Red Bull-a satılmışdı.

Deyv Perikak: “Formula1 həyəcanverici olsa da, Ford üçün əlverişli deyil. Qayıdacağımıza inanmıram”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*