Barselona, 07.03.2018

İkinci testlərin ikinci günü komandalar adətən sürət üzərində işləməyə başlayırlar və maksimum nəticələr göstərməyə çalışırlar. Bu dəfə də belə olub. Pilotların bəziləri diqqətini uzun məsafələr qət etməyə yönəldib, bəziləri isə sıralanma turu rejimində işləyiblər - az yanacaq yükü və ən yumşaq təkərlərlə trasa çıxıblar.

F-1.az xəbər verir ki, bu dəfə də ən çox problemlə üzləşən McLaren olub. Lakin komanda problemləri ciddi hesab etmir. Dünən Vandornun işləməsinə elektrik və hidravlik sistemdəki sızma mane olub, bu gün isə Alonso yağ sızması problemi ilə üzləşib. İspan sürücünün maşınına yeni motorun yerləşdirilməsinə altı saat yarım vaxt sərf olunub və o, günün sonuna 10 dəqiqə qalmış trasa qayıda bilib. Komanda qət edilən məsafəyə görə autsayderdir, çünki geridə qalan 6 günün yalnız biri problemsiz keçib.

Qrojanın maşınında da yağ sızıntısı olub. Komanda maşının etibarlılığından razı idi, lakin bu gün onlar üçün yaxşı keçməyib.

Williams-da səhər Stroll, nahardan sonra isə Sirotkin işləyib. Rus sürücü pit yolunda maşını saxlamalı olub, lakin problem tezliklə aradan qaldırılıb. Ferrari-də səhər Rəykkönen sükan arxasına keçməli idi. Lakin özünü yaxşı hiss etmədiyi üçün onu Fettel əvəzləyib. Finlandiyalı sürücü sonradan trasa çıxsa da, çox məsafə qət etməyib. Komanda da əsas rəqiblərindən fərqli olaraq, ən yumşaq tərkiblərə keçərək sürətli dövrə vurmağa çalışmayıb.

Gün sakit keçib. Sessiya nadir hallarda dayandırıldığından, sürücülər ardıcıl dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlaya bilbilər.

Ənənəvi nahar fasiləsi bu gün də olmayıb – komandalar keçən həftə hava şəraitinə görə itirilmiş vaxtı kompensasiya etmək üçün ardıcıl 9 saat işləmək barədə razılığa gəliblər.

Daniel Rikkardo günün ilk hissəsində HyperSoft təkərlərlə hamını təəccübləndirib – 1:18.047. Bu, Barselona trasının qeyri-rəsmi rekordudur. Sona 4 dəqiqə qalmış, Lekler çınqıllığa düşdüyü üçün qırmızı bayraqlarla sessiya dayandırılıb və restart verilməyib. Testlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 3 Daniel Rikkardo Red Bull 1:18.047 165 HyperSoft
2 44 Lyuis Həmilton Mercedes AMG 1:18.400 + 0:00.353 90 UltraSoft
3 77 Valtteri Bottas Mercedes AMG 1:18.560 + 0:00.513 85 UltraSoft
4 5 Sebastyan Fettel Ferrari 1:19.541 + 0:01.494 66 Soft
5 28 Brendon Hartli Toro Rosso 1:19.823 + 0:01.776 119 HyperSoft
6 14 Fernando Alonso McLaren 1:19.856 + 0:01.809 57 HyperSoft
7 55 Karlos Sayns Renault 1:20.042 + 0:01.995 88 Medium
8 8 Roman Qrojan Haas 1:20.237 + 0:02.190 78 Soft
9 7 Kimi Rəykkönen Ferrari 1:20.242 + 0:02.195 49 Soft
10 18 Ləns Stroll Williams 1:20.349 + 0:02.302 63 Soft
11 27 Niko Hülkenberq Renault 1:20.758 + 0:02.711 102 SuperSoft
12 31 Esteban Okon Force İndia 1:20.805 + 0:02.758 130 Soft
13 16 Şarl Lekler Sauber 1:20.918 + 0:02.871 160 SuperSoft
14 35 Sergey Sirotkin Williams 1:22.350 + 0:04.303 80 Soft
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*