25 Avqust 2019, Bazar - 02:48

K.Horner: “İstənilən sürücü bizim maşının sükanı araxsında oturmaq istəyir”

K.Horner: “İstənilən sürücü bizim maşının sükanı araxsında oturmaq istəyir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:49 - 25 İyun, 2011

Red Bull komandasının başçısı Kristian Horner Valensiyada Lyuis Həmiltonla danışqlar barədə şəyiələri şərh etməkdən çəkinib. Horner deyib ki, həmişə komandaya […]

Red Bull komandasının başçısı Kristian Horner Valensiyada Lyuis Həmiltonla danışqlar barədə şəyiələri şərh etməkdən çəkinib. Horner deyib ki, həmişə komandaya ən güclü sürücüləri cəlb etməyə çalışıb, amma hələlik Lyuisin variantı ciddi nəzərdən keçirilməyib…

Kristian Horner: “Düşünürəm ki, istənilən sürücü bizim maşının sükanı araxsında oturmaq istəyir. Biz isə öz növbəmizdə, ən yaxşı sürücüləri bu maşının sükanı araxsında görmək istəyirik, amma unutmuruq ki, komandada harmoniya hər şeydən vacibdir. Bilmirəm, Lyuis və Sebastyan cütlüyü ideal olacaq – mən bu barədə düşünməmişəm, çünki hazırda komandamızda olan hər iki sürücüdən çox razıyıq.

Lyuisin Monrealda bizim motorhouma baş çəkməsi mənim üçün gözlənilməz oldu, nədən danışdığımızı sizə deməyəcəm, amma Həmilton McLaren-in sürücüsüdür. O, McLaren-lə on ildən çoxdur ki, əməkdaşlıq edir, bizim isə Fettellə uzunmüddətli müqaviləmiz var, həm də biz Mark Uebberin işindən razıyıq. Hərçənd, şayiələr üçün indi əla vaxtdır – qarşıda keçidlər mövsümü gəlir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 329
Teqlər
Paylaş

logo