K.Horner: “Fettel Red Bull-da uzun müddət və uğurla çıxış edəcək”

Sebastyan Fettel və Kristian Horneri ümumi oxşarlığı var – onların hər ikisi Formula1-də gənc yaşlarında uğur qazanıblar: biri sürücü kimi, […]

Sebastyan Fettel və Kristian Horneri ümumi oxşarlığı var – onların hər ikisi Formula1-də gənc yaşlarında uğur qazanıblar: biri sürücü kimi, digəri isə komanda başçısı kimi. Auto Builds Motorsport müsahibəsində britaniyalı mütəxəssis gləcək dünya çempionu ilk görüşlərindən, həm də Sebin Red Bull-da perspektivlərindən danışıb…

Kristian Horner: “Mən onu birinci dəfə görəndə, Sebastyan hələ Red Bull-un gənclik proqramının sürücüsü idi. O, komandanın bazasına şəxsi maşını ilə gəlmişdi, xahiş elədi ki, ona kiçik ekskursiya təşkil edək – bununla məni təəccübləndirdi. Elə indinin özündə də, Sebastyan hər gün nəsə yeni bir şey öyrənmək arzusundadır. Titulu qazandıqdan sonrakı bir həftəni Sebastyan müxtəlif bayram tədbirləridnə iştirak etmişdi, amma sonra təyyarəyə minib geriyə Abu Dabiyə qayıtdı və Pirelli-nin testlərində iştirak etdi.

Seb hələ çox gəncdir, gələcəkdə bir neçə dəfə titul qazanmasına mane ola biləcək səbəb görmürəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*