26 Avqust 2019, Bazar ertəsi - 08:50

G.Berger: “Mən Mixaelin qarşısında baş əyməyə hazıram”

G.Berger: “Mən Mixaelin qarşısında baş əyməyə hazıram”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:28 - 28 Fevral, 2013

Keçmiş Formula1 sürücüsü Gerhard Berger Mixael Şumaherin çempionata qayıtmasını alqışlayanlardan birincisi idi, amma sonra əfsanəvi almaniyalı sürücünün Mercedes AMG komandasında […]

Keçmiş Formula1 sürücüsü Gerhard Berger Mixael Şumaherin çempionata qayıtmasını alqışlayanlardan birincisi idi, amma sonra əfsanəvi almaniyalı sürücünün Mercedes AMG komandasında çıxışını daim tənqid edirdi. Buna baxmayaraq, Berger yeddiqat dünya çempionunu dahi sayır…

Gerhard Berger: “Etiraf etməliyəm ki, Mixaelin qarşısında baş əyməyə hazıram. Son üç il onun üçün asan olmadı, amma Şumaherin Mercedes AMG-dən getməsi daha yaxşı ola bilərdi.

Statistikaya görə, Mixael bütün dövrlərin ən yaxşı sürücüsüdür. Hətta Formula1-ə qayıtdıqdan sonra o, trasda ən güclülərdən biri di və sübut etdi ki, hətta qırx yaşında da rəqabətədavamlı qalmaq olar. Təəssüf ki, Mercedes AMG-nin maşınları bir Qran Pri istisna olmaqla liderlik uğrunda mübarizə aparmağa imkan vermirdilər.

Mixael yarışlardan həzz alırdı, biz isə Şüumaherə münasibətimizdən asılı olmayaraq yarışları çox izləmək səbəbi qazandıq. O daim diqqət mərkəzində idi və azarkeşlərini sevindirə bildi.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 378
Teqlər , ,
Paylaş

logo