24 Avqust 2019, Şənbə - 21:58

Kanada Qran Prisi: Pirelli – Soft və SuperSoft

Kanada Qran Prisi: Pirelli – Soft və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:01 - 13 İyun, 2012

Kanada Qran Prisində yenə də ən yumşaq təkər tərkibləri – Soft və SuperSoft istifadə olunacaq, amma yüksək sürət və ilişmənin […]

Kanada Qran Prisində yenə də ən yumşaq təkər tərkibləri – Soft və SuperSoft istifadə olunacaq, amma yüksək sürət və ilişmənin aşağı səviyyəsi üzündən Monakoya nisbətən təkərlər daha çox yüklənəcək. Dəyişkən hava şəraiti keçən il Monrealda təkərlərin işi barədə kifayət qədər məlumat toplamağa imkan verməmişdi, ona görə də bu dəfə Pirelli pit-stopların sayı barədə proqnoz söyləməyə risk etməyib, amma ehtimal ediblər ki, yalnız bir dəfə təkər dəyişməklə 70 dövrə vurmaq mümkün deyil…

Pol Hembri, Pirelli Motorsport: “Monakodan biz Monreala yollanırıq, burada bizi daha bir maraqlı yarış gözləyir. Bu şəhərdə təqvimin ən gözəl trası yerləşir.

Kandada Soft və SuperSoft tərkibləri öz xüsusiyyətlərini Monakodan daha yaxşı göstərməlidirlər – Monakoda aşağı sürət təkərlərin qızmasını çətinləşdirirdi. Ona görə də hətta SuperSoft uzun dövrələr seriyasına tab gəirmişdi. Amma Monrealda vəziyyət dəyişəcək, çünki bu trasda təkərlərin yüklənməsi çox yüksəkdir.

Yarışda təkərlərə qənaət etmək həmişə vacib olub, xüsusən də yağış zamanı. Keçən il Censon Battonun təkər seçimi hamını təəccübləndirmişdi – altı dəfə təkər dəyişməsinə baxmayaraq, britaniyalı sürücü çox gözəl qələbə qazanmışdı.

Həmin yarış qeyri-standart ssenari üzrə keçmişdi, ona görə də bizim bu trasda normal şəraitdə SuperSoft təkərlərin işi barədə təsəvvürümüz belə yoxdur. Komandalar bu təkərlərlə maşının dolu yanacaq çəni ilə davranışını öyrənməlidirlər. Biz müxtəlif taktiki variantlar gözləyirik – bir pit-stopla inanmıram ki, kimsə bütün yarış məsafəsini qət edəcək…”


Kanada Qran Prisi: Pirelli – Soft və SuperSoft

Kanada Qran Prisi: Pirelli – Soft və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:36 - 08 İyun, 2011

Monako Qran Prisindən sonra Pirelli şirkəti ikinci ardıcıl yarışa Soft və SuperSoft tərkiblərini gətirəcək. Bu dəfə sürücülər Monreal trasında təkərlərin […]

Monako Qran Prisindən sonra Pirelli şirkəti ikinci ardıcıl yarışa Soft və SuperSoft tərkiblərini gətirəcək. Bu dəfə sürücülər Monreal trasında təkərlərin dözümlüyünü yoxlamalıdırlar – bu trasda müvəqqəti xarakter daşıyır, amma sürətlər Monte Karlonun küçələrində olduğundan çox yüksəkdir. Sərt əylənmələr yaxşı ilişmə tələb edir, çoxsaylı sürətlənmələr isə təkərin yeyilməsini tezləşdirir.

Asfalt örtüyünü vəziyyəti uik-endin gedişində nəzərəçarpacaq dərəcədə dəyişəcək, ona görə də cümə günü daha çox məlumat toplamaq üçün komandalara əlavə iki dəst Medium təkərləri veriləcək.

Pol Hembri: “Monako yarışı fantastik alındı – müxtəlif taktika seçmiş üç sürücü qələbə uğrunda gərgin mübarizə aparırdılar. Əlimizdə olan məlumatlara əsaslanaraq, Sebastyan Fettel qırmızı bayraqlara qədər sürüdüyü kimi davam etsəydi, həmin təkərlərlə finişə çata bilərdi. Yəni Fettel yumşaq təkərlərlə 62 dövrə (200 km) məsafə qət edə bilərdi – mövqe uğrunda gərgin mübarizəni nəzərə alsaq əla göstəricidir.

Kanada trasının xüsusiyyətləri bir pit-stoplu taktikaya ümid etməyə imkan vermir, amma biz ümid edirik ki, mübarizə keçən yarışda olduğu kimi gərgin olacaq. Ötmə yerləri isə komandalara geniş taktiki imkanlar açır. PZero təkərlərinin Monakoda imkanları sıralanma turunda rekord göstəriciylə təsdiq olundu, bu bizim nailiyyətimizdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 315
Teqlər
Paylaş

logo