L.Həmilton dəbilqə dizaynını dəyişib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bu mövsüm qara dəbilqə ilə yarışacaq.

F-1.az bildirir ki, britaniyalı sürücü Black Lives Matter hərəkatına dəstək vermək üçün bu addımı atıb. Altıqat Dünya Çempionu bu il bənövşəyi dəbilqə ilə yarışmalı idi, ancaq irqçiliyə reaksiya göstərməkçün fikrindən daşınıb.

Dəbilqədə bənövşəyi rənglərdən də istifadə olunub və üzərinə Black Lives Matter şüarı yazılıb. Bundan başqa Həmiltonun bütün dəbilqələrində olan ənənəvi Still I Rise şüarı Still We Rise olaraq dəyişdirilib.

Qeyd edək ki, Mercedes komandası da bazar ertəsi günü rəng çalarını boz rəngdən qara rəngə dəyişdirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*