T.Koronel: Həmilton qələbəyə layiq idi

Ralli sürücüsü Tom Koronel bildirib ki, Həmilton 2022-ci ildə ən az bir qələbəyə layiq olub.

F-1.az xatırladır ki, 2022-ci il mövsümündə Mercedes komandasının tək qələbəsini Corc Rassell alıb. Həmilton isə karyerasında ilk dəfə bir mövsümdə qələbə qazana bilməyib.

Tom Koronel: “Lyuis ilk yarışlarda neqativ idi, amma Barselonadan etibarən özünə gəlməyə başladı. Bir müddətdən sonra isə öyrəşdiyimiz Lyuisi izləməyə başladıq. Xüsusən də son yarışlarda çox inamlı idi. Mercedes-ə tək qələbəni Corc Rassell gətirsə də, Həmilton da bur qələbəyə layiq idi. Mövsümün ikinci hissəsində Lyuis yaxşı sürdü və köhnə günlərə qayıtdığını göstərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*