K.Uilyams: Qadın olduğumçün tənqid edirlər

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, qadın olduğu üçün onu tənqid edirlər.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası son iki mövsümdə cəmi 3 yarışdan xal alaraq, turnir cədvəlinin zirzəmisində qalıb. Britaniya komandası keçən il rəqiblərinə dövrə başına 4 saniyə uduzub. Buna görə də Formula1 şərhçiləri Kler Uilyamsı tənqid atəşinə tutublar.

Kler Uillyams: “Bəzi insanlar son illərdəki uğursuzluğumu qadın olmağıma bağlayırlar. Padokda bir nəfər mənə dedi ki, hamilə qaldıqdan və uşaq olduqdan sonra komanda zəifləyib. Bunu deməyə necə cürətləri çatır? Formula1 komandası idarə edirəm deyə uşağım olmasın? Bu necə utancverici zehniyyətdir? Elə bildim 19-cu əsrdən qalıblar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*