K.Horner: “Ferstappen get-gedə güclənir”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen hər yarış inkişaf edir.

F-1.az xatırladır ki, Maks Ferstappen bu mövsüm 7 yarışın 3-də mübarizəni vaxtından əvvəl dayandırıb.

Kristian Horner: “Hazırda xarakteri əmələ gəlir və bu mərhələni sürətlə keçəcək. Hər yarış sürüşünü yaxşılaşdırır. Son iki-üç yarışdakı performansını gördünüz. Çox inkişaf edib. Kanadada xalsız qalması pis oldu. O, getdikcə hərtərəfli sürücü olur. Artıq sıralanma turunda da güclüdür. Yarışda əla çıxış edirdi. Startda və restartda çox yaxşı idi. İlk dövrələrdə Həmiltona hücumu əla idi.

Maks ağıllı sürücüdür. Bolidi inkişaf etdirmək üçün hər şey edirik. Mövsüm uzundur və bu yarış da onların bir hissəsidir. Doğru yoldayıq. Nəticəyə görə məyus olması təbiidir. Amma növbəti yarışlar üçün yaxşı hazırlaşacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*