K.Horner: Bütün yarışları qazana bilərik

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, hər şeyi düzgün etsələr, bu il bütün yarışları qazana bilərlər.

F-1.az xatırladır ki, Red Bull komandası bu il 9 yarışın hamısını qazanıb. Ümumilikdə isə Red Bull komandası son 31 yarışın 26-da qalib gəlib.

Kristian Horner: “Hər Qran Pridə sadəcə bir yarış qazana bilirsiniz. Hər Qran Pridə qalib gələ bilərik? Bəli. Bunu edə bilərik? Bəlkə də. Kim bilər? Dözümlülük və havanın vəziyyəti çox önəmli faktorlardır. Bunun necə getdiyini görmək lazımdır.

Növbəti Silverstoun yarışı dastan kimi olacaq. Orada son dəfə 2012-ci ildə Mark Vebberlə qazanmışdıq. Buna görə də bizim üçün təqvimdə önəmli yeri var”.

Kristian Horner tras limitlərinə görə sürücülərin cəza almasını da dəyərləndirib: “Məncə, buna nəzarət edilməlidir. Bu halda sürücülər həvəskar kimi görünürlər. Bu qədər sürücü bu limiti aşırsa, növbəti il porebrikin ətrafına çınqıl əlavə oluna bilər. Bu hissə mütləq düzəldilməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*