J.Todt: “Lyuisi diskvalifikasiya etmək barədə düşünürdüm”

Monako yarışının finişindən sonra Lyuis Həmilton stüardların qərarlarını tənqid etmişdi. Hakimlərin ona qarşı belə sərt münasibəti barədə suala isə zarafatla […]

Monako yarışının finişindən sonra Lyuis Həmilton stüardların qərarlarını tənqid etmişdi. Hakimlərin ona qarşı belə sərt münasibəti barədə suala isə zarafatla “Bilmirəm, bəlkə ona görə ki, mən qaradəriliyəm – Ali G. də belə deyir…” söyləmişdi.

Sonra Həmilton bu kəlməsinə görə hamıdan üzr istəmişdi, amma FİA-nın prezidenti Jan Todt britaniyalı jurnalistlərə bildirib ki, Lyuisin diskvalifikasiyası barədə düşünürmüş..

Jan Todt: “Bəlkə də Lyuisi beş və ya altı Qran Priyə diskvalifikasiya etmək lazım idi, amma Lyuis mənə yazdı, mən də cavab verdim – problem həll olundu.

Mən istənilən qarşıdurmadan qaçmağa və harmoniyaya çalışıram. Monakoda mənim otağış sütardların otağının yanında idi, Lyuisi insidentləri araşdırmaq üçün çağırdıqda, mən heç bir şərh vermədim. Finişdən sonra onun söyldiklərini yolverilməz hesab edirəm, amma ona qarşı kəskin mövqe də tutmaq istəmədim – bu, iki tərəfin məsələsidir, FİA və sürücünün…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*