J.D’Ambrozio Lotus-un ehtiyat sürücüsüdür

Lotus komandası elan edib ki, 2012-ci ildə Jerom D’Ambrozio komandanın ehtiyat sürücüsü olacaq. 26 yaşlı belçikalı sürücü keçən mövsümü Marussia […]

Lotus komandası elan edib ki, 2012-ci ildə Jerom D’Ambrozio komandanın ehtiyat sürücüsü olacaq. 26 yaşlı belçikalı sürücü keçən mövsümü Marussia Virgin komandasında keçirib, yeni mövsümdə isə Lotus-la bütün yarışlara qatılacaq, Kimi Rəykkönen və Roman Qrojanla əməkdaşlıq edəcək və onlardan hər hansı birini istənilən anda əvəz etməyə hazır olacaq.

Jerom D’Ambrozio: “Mən çox şadam ki, məni Lotus komandasına qəbul ediblər. Bu, mənim karyeramda növbəti addımdır. Mən kiçik komandada tam mövsüm keçirdim və Formula1 barədə çox şey öyrəndim.

İndi isə ən yaxşı komandalardan birində işləmək şansım var, mən bu komandada peşəkar planda inkişaf eləməliyəm. Bilirəm ki, öz təcrübəmə görə ümumi işə töhfəmi verə biləcəm.

Əlbəttə, yarışlarda iştirak etmək istərdim, amma ən yaxşı komandalardan birinin heyətində. İndi mənim adım Lotus-la bağlı hallanacaq, mən öz seçimimi etmişəm. Belə imkanı əldən buraxmaq olmazdı.”

fevralın 6-da Jerom Lotus-un Xeresdə yeni maşınının təqdimat mərasimində də iştirak edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*