J.Vilnöv: Rassellin hədəfi Həmiltonu məğlub etməkdir

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv düşünür ki, Rasselin hazırda yeganə hədəfi Həmiltonu məğlub etməkdir.

F-1.az xatırladır ki, Rassell bu il bütün yarışları beşlikdə bitirib və bütün yarışlardan xal alan yeganə sürücüdür. Gənc pilot yeddiqat Dünya Çempionu komanda yoldaşından 34 xal çox toplayıb və turnir cədvəlində 4-cü yerdədir.

Jak Vilnöv: “Artıq təcrübəlidir və bir neçə ildir ki, pis maşınlar sürürdü. Dalğalanma problemi olan Mercedes-i sürmək ona problem deyil. Onun üçün vacib olan tək şey Lyuisi məğlub etməkdir. Onsuz da əvvəldən bilirdi ki, bu maşınla titul qazana bilməyəcək. Əgər Lyuisi məğlub etsə, karyerası üçün böyük uğur olacaq. Bunun üçün əlindən gələni edir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*