İtaliya Qran Prisi: Üçüncü stüard – Emanuele Pirro

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Formula1-də qırx Qran […]

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Formula1-də qırx Qran Prinin iştirakçısı, Amerikanın Lə Man seriyasının ikiqat qalibi, əfsanəvi “Lə Manın 24 saatı” yarışının qalibi Emanuele Pirro İtaliya Qran Prisində üçüncü stüard vəzifəsini icra edəcək.

Bu il Pirro FİA tərəfindən Çin və Bəhreyn yarışlarına stüard təyin olunmuşdu. Monsada digər iki stüard Almaniyanın DMSB federasiyasının başçısı Hert Enser və FİA-nın stüardlar məktəbinin yeganə qadın məzunu Silviya Bellot olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*