İtaliya Qran Prisi: Üçüncü stüard – Derek Deyli

Keçən il olduğu kimi, FİA Qran Prinin stüardları cərgəsinə keçmiş təcrübəli sürücüləri cəlb edir. İtaliya Qran Prisində stüardlara irlandiyalı sürücü […]

Keçən il olduğu kimi, FİA Qran Prinin stüardları cərgəsinə keçmiş təcrübəli sürücüləri cəlb edir. İtaliya Qran Prisində stüardlara irlandiyalı sürücü Derek Deyli kömək edəcək.

Uik-endin gedişində baş verəcək mübahisəli anları FİA-nın daimi komissiyasının prezidenti Pol Qutyar və FİA-nın stüard proqramının yetirməsi, 25 yaşlı xanım Silvia Bellot araşdıracaqlar. Derek Deyli Formula1-də 64 Qran Pridə Williams və Tyrrell komandalarının heyətində iştirak edib, hazırda 58 yaşlı Deyli Speed TVESPN kanallarında şərhçi kimi çalışır, eyni zamanda GP3 seriyasında çıxış edən oğlu Konorun karyerası ilə məşğul olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*