18 Avqust 2019, Bazar - 23:33

İtaliya Qran Prisi: Pirelli – Medium və Hard

İtaliya Qran Prisi: Pirelli – Medium və Hard

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:26 - 27 Sentyabr, 2012

Pirelli şirkəti Monsaya keçən həftə Spada istifadə etdiyi təkər tərkibini gətirəcək. Monsada təkərlərə yüklənmə olduqca yüksəkdir – şikanalarda, Parabolikada əylənmə […]

Pirelli şirkəti Monsaya keçən həftə Spada istifadə etdiyi təkər tərkibini gətirəcək. Monsada təkərlərə yüklənmə olduqca yüksəkdir – şikanalarda, Parabolikada əylənmə zamanı, Ascari-də istiqamətin dəyişməsi zamanı. Əfsanəvi trasda sürət 340 km/saatı keçir, təkərlər isə 130 dərəcədən çox qızır, ona görə də komandalara ən bərk təkər cütlüyü təklif olunacaq.

Pol Hembri, Pirelli Motorsport: “Bizim üçün Monsa yarışı təqvimdə ən vacibdir, axı biz ev trasında yarışacayıq və öz texnologiyalarımızı şirkətin əməkdaşların və həmvətənlərimizə nümayiş etdirəcəyik.

Bu yarışı xüsusi atmosfer müşaiyət edir, amma məsələ yalnız bunda deyil, axı Monsa yüksək sürət və yan yüklənmələr üzündən çempionatın təqvimində təkərə ən tələbkar tras sayılır. Təkərlərə düşən yüklənmələr Spadan sonra ikincidir.

Bu mərhələlər təqvimdə ardıcıl gəlir, komandalar artıq Hard və Medium tərkiblərindən maksimum yararlana bilirlər, çempionatda mübarizə gərginləşib – tezliklə bizi maraqlı final gözləyəcək. İtaliyada hava çox isti olacaq, deməli, təkərlərin yüklənməsi daha da artacaq, ona görə də biz yarış məsafəsində ən azı iki pit-stop gözləyirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər
Paylaş

logo