Aston Martin də Bakıya yeniliklər gətirəcək

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, Bakıya yeniliklərlə gələcəklər.

F-1.az xatırladır ki, Aston Martin mövsümə fırtına kimi başlayıb və ilk 3 yarışın üçündə də podiuma yüksəlib.

Mayk Krak: “Hələ real yenilik gətirməsək də, AMR23 haqda çox şey öyrənirik.

Güclü və zəif tərəflərimizi, hansı sahələri təkmilləşdirməli olduğumuzu müəyyən etməyə çalışırıq. Mövsüm ərzində önəmli addımlar atacağıq. Bakı, İmola və Monrealda yeniliklərimiz olacaq və kiçik addım atmağa çalışacağıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*