İki komanda Mercedes AMG-dən şikayət edə bilər

Bu gün səhər Red Bull və lotus komandalarının nümayəndələri Çarli Uaytinqə müraciət edərək FİA-nın Mercedes AMG maşınlarında DRS sisteminin effektliyini […]

Bu gün səhər Red Bull və lotus komandalarının nümayəndələri Çarli Uaytinqə müraciət edərək FİA-nın Mercedes AMG maşınlarında DRS sisteminin effektliyini artırmaq üçün nəzərdə tutulmuş hava kanalına münasibət bildirməsini istəyiblər.

FİA-nın bu elementə heç bir iddiası yoxdur, amma komandalar hesab edirlr ki, bu halda texniki reqlamentin 3.15 və 3.18 bəndləri pozulub – sürücü maşının aerodinamik xarakteristikasına təsir edə bilməz: Mercedes AMG maşınlarında arxa antiqanaddakı dəlik sükanda DRS düyməsinin basılmasından sonra açılır.

Əgər FİA mövqeyini dəyişməsə, Red Bull və Lotus artıq uik-endin gedişində şikayət edə bilərlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*