H.Kovalaynen menecersizdir

Sinqapurda 2008-ci ildə baş vermiş Nelsinyo Pikenin qəzasını araşdıran FİA-nın Ümumdünya Şurası Flavio Briatoreni idmandan ömürlük uzaqlaşdırmış və onun meneceri […]

Sinqapurda 2008-ci ildə baş vermiş Nelsinyo Pikenin qəzasını araşdıran FİA-nın Ümumdünya Şurası Flavio Briatoreni idmandan ömürlük uzaqlaşdırmış və onun meneceri olduğu sürücüləri superlisenziyanın uzadılmaması ilə hədələmişdi. Bu ilin əvvəlində Heykki Kovalaynen və Lukas di Qrassi Briatorenin menecerlik xidmətlərindən imtina etdilər, hərçənd müqavilənin vaxtından əvvəl pozulması sürücü tərəfindən 1 milyon dolların ödənilməsini tələb edirdi.

Heykki və Lukas istənilən müqavilədə olan idman prinsiplərinin pozulması bəndindən istifadə ediblər. Amma bundan sonra Paris məhkəməsi FİA-nın qərarını qeyri-legitim elan etdi, bundan sonra Briatorenin hüquqşünasları Kovalaynenə qarşı iddia qaldırmaq imkanlarını öyrənməyə başlayıblar.

Finlandiyanın Turun Sanomat qəzeti yazır ki, Heykki Briatoreni heç kimlə əvəz etməyib və hələlik menecersizdir, hətta Lotus komandası ilə danışıqları o özü müstəqil aparıb. Heykkidən başqa Sebastyan Fettel və Mark Uebber də menecersiz yarışmağa üstünlük verirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*