17 Dekabr 2018, Bazar ertəsi - 23:46

Hispania yeni maşını Barselonaya gətirəcək

Hispania yeni maşını Barselonaya gətirəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:18 - 08 Yanvar, 2011

Artıq bir neçə komanda mövsümöncəsi testlərə keçənilki maşınla başlamasını bəyan edib. Hispania komandası da eyni addımı atmaq fikrindədir, çünki komandanın […]

Artıq bir neçə komanda mövsümöncəsi testlərə keçənilki maşınla başlamasını bəyan edib. Hispania komandası da eyni addımı atmaq fikrindədir, çünki komandanın konstruktoru Ceff Uillis və onun işçiləri fevralın 1-ə yeni maşını hazırlaya bilməyəcəklər…

Amma Hispania komandasınn başçısı Kolin Kolles ümid edir ki, görüləsi işlər qurtarmaq üzrədir və komanda fevralın ortalarında yeni maşını trasa çıxara biləcək: “Valensiyadakı birinci testlərə biz köhnə maşınla gələcəyik, yeni maşın isə, ümid edirəm ki, testlərin üçüncü seriyasına qədər hazır olacaq. Hazırda yeni maşının bir çox elementləri hazırdır, monokok hazırdır, şassiyə motor qoyulub, ötürmələr qutusu sazlanıb, hidravlik sistem yerini alıb, aerodinamik elementlər isə yavaş-yavaş gələcək.”

Testlərin üçüncü seriyası Barselonada fevralın 18-də başlayacaq. Bundan sonra komandalar Bəhreynə gedəcəklər – burada komandalar martın əvvəlində mövsümöncəsi hazırlığın son testlərindən sonra mövsümün ilk yarışına hazırlaşacaqlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 228
Teqlər
Paylaş

logo