Hindistan Qran Prisi: Pirelli – Soft və Hard

Hindistan Qran Prisinə mövsümdə sonuncu dəfə Pirelli şirkəti Hard və Soft cütlüyünü gətirəcək. Pirelli Motorsport-un başçısı Pol Hembri bu seçmiş […]

Hindistan Qran Prisinə mövsümdə sonuncu dəfə Pirelli şirkəti Hard və Soft cütlüyünü gətirəcək. Pirelli Motorsport-un başçısı Pol Hembri bu seçmiş şərh edərkən bildirib ki, yarış çox maraqlı keçməlidir…

Pol Hembri: “Keçən il Hinsitan Qran Prisi günlərində bərqərar olmuş atmosferi hələ də unutmamışam və bura qayıtmağı səbirsizliklə gözləyirəm. Düzdür, bu dəfə tras haqqında məlumatımız daha çoxdur, ona görə də konservativ seçim etməmişik. Hard və Soft tərkibləri effektivlik və etibarlılıq arasında düzgün balansı təmin etməlidirlər.

Trasın konfiqurasiyası çox mürəkkəbdir, həm də mövsümdə sonuncu dəfə Hard və Soft cütlüyünü görəcəyik. Barselonada, Britaniyada və Yaponiyada sürücülər bu cütlüklərlə işləyiblər, ona görə də təkərlərin işi barədə təsəvvürləri var. Budda Beynəlxalq Avtodromu elə inşa olunub ki, ötmələr mümkündür – biz də bu fəlsəfəni dəstəkləyirik, ona görə də hadisələrlə zəngin yarış gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Hindistan Qran Prisi: Pirelli – Soft və Hard

Pirelli şirkəti ilk Hindistan yarışı üçün Soft və Hard tərkiblərini seçib, amma Soft-un seçilməsi heç kimi təəccübləndirməsə də – bu […]

Pirelli şirkəti ilk Hindistan yarışı üçün Soft və Hard tərkiblərini seçib, amma Soft-un seçilməsi heç kimi təəccübləndirməsə də – bu tərkib mövsümün bütün yarışlarında istifadə olunub, Hard tərkibi yeni trasda problemlərin baş qaldırmaması üçün seçilib.

Əgər təkərlərin yeyilməsi çox ciddi olarsa, yarışın strategiyası Hard tərkibi üzərində qurulacaq, əks halda Soft tərkiblərinə qənaət edilməyəcək – mövsümdə ilk dəfə daha yumşaq təkərlər əsas təkər adlandırlıb. Komandalar uik-end günlərində 6 dəst Soft və 5 dəst Hard təkərləri alacaqlar, cümə günü isə əlavə yumşaq təkər dəsti ilə təmin olunacaqlar…

Pol Hembri, Pirelli Motorsport: “Biz bilərəkdən konservativ variant seçmişik, komandalara Hard tərkibini Soft-la birlikdə təqdim etmişik, çünki tamamilə yeni trasda yarışın hansı şəraitdə keçməsi bizə məlum deyil.

Biz dəstləri elə bölmüşük ki, komandalar yumşaq təkərlərlə daha çox işləyə bilsinlər, cümə günü isə əlavə Soft dəsti ilə təmin olunacaqlar. Bu gələn mövsüm bizə də kömək edəcək, xüsusən də yumşaq tərkibin resursunu artırdıqdan sonra.

Hələlik pit-stopların sayı barədə proqnoz söyləmək çətindir, amma tərkiblərin sürət fərqi kəskin olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*