Hindistan Qran Prisi dekabrın 11-də?

Berni Ekklstoun Bəhreyn yarışını çempionatın təqviminə salmaq üçün Hindistan Qran Prisinin tarixini dekabrın 11-ə keçirmək imkanlarını nəzərdən keçirir. Formula1-in kommersiya […]

Berni Ekklstoun Bəhreyn yarışını çempionatın təqviminə salmaq üçün Hindistan Qran Prisinin tarixini dekabrın 11-ə keçirmək imkanlarını nəzərdən keçirir. Formula1-in kommersiya başçısı əvvəlcə Hinditsan yarışını dekabrın 4-ə keçirmək istəyirdi, yəni Braziliya Qran Prisindən cəmi bir həftə sonra, amma logistika problemləri üzündən bunu reallaşdırmaq heç də asan deyil.

İndi Ekklstoun yarışı dekabrın 11-də keçirməyi təklif edib, hərçənd, bu təklif komandalar tərəfindən birmənalı qarşılanmayacaq. Həm də məhz dekabrın 11-də FİA-nın rəsmi mövsümü bağlayan tədbiri keçirilməlidir. Bu gün Ferrari komandasının başçısı Stefano Domenikali bildirib ki, komandalar bu təklifi alıblar və müzakirə edirlər…

Stefano Domenikali: “Ümumiyyətlə, gələcək perspektivdə biz həmişə Bəhreyndə çıxış etmək istəyirik. Biz hesab edirik ki, Formula1 bu ölkədə keçirilməlidir.

Qran Prinin təşkilatçıları ilə birlikdə biz aydınlaşdırmalıyıq: bəlkə Formula1 yarışının ölkədə uzun müddət keçirilməsi üçün Qran Prini bu il yox, gələn ilin əvvəlində keçirmək daha ağlabatandır. Berni bizə təklif etdiyi təqvimdə Bəhreyn yarışı dekabrın birinci deyil, ikinci uik-endində planlaşdırılıb.

Mən deyərdim ki, bu variantın da özünəməxsus çətinlikləri var, ona görə də biz təklifi araşdırmalıyıq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*