Hindistan Qran Prisi: Biletlərə yüksək tələbat gözlənilir

Son vaxtlar Hindistanda keçirilmiş böyük idman tədbirləri müəyyən çətinliklərlə müşaiyət olunub, xüsusən də, bu tədbirlərə bilet satışı çox pis təşkil […]

Son vaxtlar Hindistanda keçirilmiş böyük idman tədbirləri müəyyən çətinliklərlə müşaiyət olunub, xüsusən də, bu tədbirlərə bilet satışı çox pis təşkil olunubmuş. Nəticədə tədbirlər, adətən, boş trubunlarla yadda qalıb, Kritket üzrə dünya Kubokunun bilet satışı ilə məşğul olan sayt isə alverin qızğıb vaxtında dağılıb. Hər şey onunla bitib ki, polis hisrlənmiş azarkeş toplusunu dağıtmalı olub.

Amma Hindistan Qran Prisinin rəsmi tərəfdaşı Bigtree Entertainment şirkətinin başçısı Aşiş Həmriyani Reuters agentliyini əmin edib ki, yarışa bilet satışı düzgün təşkil olunacaq…

Aşiş Həmriyani: “Biz bu cür problemlərlə üzləşməyəcəyik. Bizim şirkətin ən güclü tərəfi müştərilərlə işin yaxşı təşkil olunmasıdır, bizim işimiz ən son texnoloji nailiyyətlərə əsaslanır.

Texnologiya vacib elementdir. Əgər biz sayta bir dəqiqədə minlərlərlə daxilolma gözləyiriksə, biz buna hazır olmalıyıq. Biz təminat veririk ki, belə problemlərimiz olmayacaq.”

Onun sözlərinə görə, uik-endin bütün günlərində avtodroma daxil olmağa imkan verəcək biletlərins atışı artıq gələn aydan başlayacaq. Biletlərin qiyməti 67-1112 dollar arsında dəyişəcək.

Hispania komandasında yerli sürücü Narain Kartikeyanın çıxış etdiyi üçün, Force İndia komandasının yerli lisenziya ilə çıxış etdiyi üçün Həmriyani ümid edir ki, bilet satışına böyük tələbat olacaq…

Aşiş Həmriyani: “Bizim ölkəmizdə Qran Pri birinci dəfə keçiriləcək. Mətbuatda da bu barədə çox yazılır. Biletlərin qiyməti çox ucuzdur, ona görə də tələbat çox olacaq. Əlbəttə, milli komanda və sürücünün də olması bilet satışına müsbət təsir edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*