N.Lauda: “Ferstappen mükəmməl yarışdı”

Niki Lauda Braziliya yarışında mükəmməl ötmələr edərək, podiuma yüksələn Ferstappenə təriflər yağdırıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü komandasının səhv təkər strategiyasına baxmayaraq, geridönüş edərək 3-cü olmuşdu.

Niki Lauda: “Yarışı izləməkdən həzz aldım. Sözün açığı, təhlükəsizlik avtomobilinin arxasında verilən startı başa düşmədim. Lyuis və Niko da əla yarışdılar, amma yarışın ən sürətlisi Ferstappen idi. Demək olar ki, peletondakı bütün sürücüləri keçdi”.

Lauda əlavə edib ki, təkərlərin yeni olması Ferstappenə üstünlük qazandırsa da, uğurun səbəbi Ferstappenin performansı olub: “Maks qüsursuz performans göstərdi. Ötmələri möhtəşəm idi. O hamıya nəyə qadir olduğunu göstərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*