Hindistan daha bir Formula1 trası tikməyə hazırlaşır?

Adı bildirilməyən Hindistan şirkəti Qoa ştatının hökumətinə müraciət edərək Monakonun trasından da gözəl bir tras tikməyi təklif edib – bu […]

Adı bildirilməyən Hindistan şirkəti Qoa ştatının hökumətinə müraciət edərək Monakonun trasından da gözəl bir tras tikməyi təklif edib – bu barədə Times Of İndia qəzeti xəbər verib…

Yazıda yalnız bir fakt qeyd olunub: layihənin promouteri olmaq istəyən şirkət Bəhreyn və Hindistan Qran Prilərinin traslarının tikintisində çalışıb.

Qoa hökumətinin turizm direktoru Svapnil Naik bildirib ki, doğrudan da belə bir layihə təklif olunub, “biz layihəni dəstəkləmək qərarına gəlmişik, tras sahil ərazidə tikilə bilər.”

Qoa ştatında turizmin inkişafı üçün böyük işlər görülür, əyləncə parkları salınır, qolf meydançaları tikilir, indi isə Formula1 trası da bu plana əlavə olunub.

Amma məlum olduğu kimi, Hindistanda artıq avtodrom tikilir və ilk milli Qran Pri oktyabr ayında baş tutacaq: inanmaq çətindir ki, belə bir genişmiqyaslı ikinci layihəyə maliyyə tapılacaq. Həm də Formula1-in kommersiya başçısı Berni Ekklstoun hesab edir ki, hər bir ölkədə yalnız bir yarış keçirilə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*