Hilton Racing-in sorğusuna yekun vurulub

Dünyanın tanınmış mehmanxanalar şəbəkəsi Hilton-un bir bölməsi olan Hilton Racing bu günlərdə Formula One Fan Survey sorğusunun nəticələrini dərc edib […]

Dünyanın tanınmış mehmanxanalar şəbəkəsi Hilton-un bir bölməsi olan Hilton Racing bu günlərdə Formula One Fan Survey sorğusunun nəticələrini dərc edib – sorğuda müxtəlif ölkələrdən minlərlə azarkeş iştirak edib.

Sorğu ilin yekunlarına həsr olunmuş daha bir nəzər nöqtəsi olub, özü də bir qədər qeyri-formal. Məsələn, ənənəvi “İlin debütantı”, “İlin yarışı” və s. kimi suallardan başqa digər xarakterli suallar da olub: “Ən lotu sürücü”, “Ən yaxşı geyinən sürücü”, “Sürücünün ən yaxşı rəfiqəsi”, hətta “Hansı sürücü ilə içmək istəyərdiniz?”

Britaniyalı jurnalist Co Savar öz bloqunda bildirib ki, “Ən lotu sürücü” nominasiyasında Lyuis Həmilton böyük üstünlükl qlaib gəlib, o, öz komanda yoldaşı Censon Battonu qabaqlayıb. Dünya çempionu Sebastyan Fettel isə üçüncü olub.

İlin ən yaxşı debütantı isə Niko Hülkenberq seçilib – respondentlərin 40%-i Nikoya səs verib, Kamui Kobayaşi 29%-lə üçüncü olub.

Ən yaxşı yeni komanda isə Lotus Racing seçilib.

Hilton Racing-in sorğusuna əsasən, azarkeşlər Censon Battonla içmək istəyirlər, əvəzində Lyuis Həmilton ən yaxşı geyinən sürücüdür. Onun rəfiqəsi Nikol Şerzinqeri isə azarkeşlər sürücünün ən yaxşı rəfiqəsi hesab edirlər – Nikol kolleqalarını böyük üstünlüklə qabaqlayıb.

İlin yarışı nominasiyasında Abu Dabi Qran Prisi qalib gəlib, azarkeşlərin fikrincə, Yaponiya mərhələsi ən maraqsız olub. Nəhayət, yeni mərhələ kimi planetin ən caizbədar yeri London və Nyu York seçilib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*