İlk sprint yarışının sessiyaları məlum olub

​​İlk sprint yarışının test olunacağı Britaniya Qran Prisinin sessiyalar cədvəli elan olunub.

F-1.az xatırladır ki, FOM və FİA həftəsonu formatının müxtəlif variantları üzərində işlədikdən sonra sprint yarışı keçirməyi qərara alıblar. Yəni cümə günü keçirilən sıralanma turunun nəticələrinə görə şənbə günü sürücülər sprint yarışının startına çıxırlar və bu yarışın finiş nəticələrinə görə bazar günü əsas yarışın startında düzülürlər. Şənbə günü yalnız ilk üçlüyə 3-2-1 sistemi üzrə xal hesablanır.

Mövsümün gedişində bu variant 3 yarışda – Britaniya, İtaliya və Braziliyada yoxlanacaq.

Bu gün Britaniya Qran Prisinin sessiyalarının cədvəli dərc olunub (Bakı vaxtı ilə)

16 iyul, cümə günü:
17:30 – 18:30: Birinci sərbəst yürüşlər
21:00 – 22:00: Sıralanma turu

17 iyul, şənbə günü:
15:00 – 16:00: İkinci sərbəst yürüşlər
19:30 – 20:00: Sprint yarışı

18 iyul, bazar günü:
18:00: Yarış

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*