Hesablamada səhv: VR-01-in bakı çox balacadır?

Almaniyanın Auto Motor und Sport jurnalının yaydığı məlumata görə, çempionatın debütantı ciddi problemlərlə üzləşib: hesablamada səhvə yol verildiyi üçün Virgin […]

Almaniyanın Auto Motor und Sport jurnalının yaydığı məlumata görə, çempionatın debütantı ciddi problemlərlə üzləşib: hesablamada səhvə yol verildiyi üçün Virgin komandasının maşınının yanacaq bakı çox balaca alınıb və bütün yarışı məsafəsini qət etmək üçün zəruri olan yanacaq miqdarına bəs etmir.

Əgər Timo Qlok və Lukas di Qrassi finişə çatmaq istəyirlərsə, onda yarışın son 10-15 dövrəsini yanacağa qənaət etməli olacaqlar, amma bu zaman motorun sıradan çıxması ehtimalı var.

Güman olunur ki, VR-01-in yanacaq bakı zəruri olduğundan 10 litr az tutur: digər komandaların maşınlarında motorlardan asılı olaraq bakın tutumu 220-240 litr arasında dəyişir. Amma problem bundadır ki, qaydalara görə, şassinin belə qlobal modernizəsi mövsümün gedişində qadağandır və böyük tutumlu bak quraşdırması üçün federasiyanın xüsusi icazəsi lazımdır.

FİA isə komandaya belə bir icazəni verib, amma bu proses böyük vaxt və məsrəf tələb edir: maşının uzunluğu artacaq, altlığı uzanacaq, yeni motor qapağı lazımdır, ona görə də VR-01-in modernizəsi yalnız İspaniya Qran Prisinə çatacaq.

Digər tərəfdən, bu vəziyyət maşının təkmilləşməsi prosesini ləngidəcək, çünki bu səhv komandaya baha başa gələcək – komandanın büdcəsi çox məhduddur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*