Həkimlər F.Massanın tam sağalmasına ümid edirlər

Macarıstanın AEK hərbi hospitalının həkimləri bugünkü mətbuat konfransında jurnalistlərə bildiriblər ki, Felipe Massanın səhhətini pozitiv qiymətləndirirlər və ümid eidrlər ki, […]

Macarıstanın AEK hərbi hospitalının həkimləri bugünkü mətbuat konfransında jurnalistlərə bildiriblər ki, Felipe Massanın səhhətini pozitiv qiymətləndirirlər və ümid eidrlər ki, sürücü tam sağalacaq…

Polkovnik Layoş Jiroş, Macarıstan hərbi qüvvələrinin baş cərrahı: “Son 24 saat ərzində Felipe Massanın səhhəti praktiki olaraq dəyişməyib, onu stabil hesab etmək olar. Tomoqrafiya zamanı biz müsbət dinamikaya əmin olduq, onu oyatdıq və Felipe bizimlə söhbət edə bildi.

Günorta biz ağciyərlərə süni havavurma sistemini saxladıq, o müstəqil nəfəs alır, yarımyuxulu vəziyyətdədir, amma suallara adekvat cavablar verir, əl və ayaqlarını tərpədə bilir.

İndi onun hərarəri yoxdur, biz yardan drenaj borusunu çıxarmışıq və vəziyyətin yaxşılaşmasını gözləyirik. Gecə heç bir əməliyyat planlaşdırılmayıb.

Hələlik göz sinirinin zədələnməsi barədə danışmaq tezdir, biz nə müsbət, nə də mənfi cavab verə bilmərik, çünki indiki mərhələdə onun görməsini öyrənə bilmirik.

Hər bir insident nadirdir, amma səhhətinin tam bərpası mümkündür. Yeddi-on gün müddətində yaranın nəticələri barədə danışmaq mümkün olacaq. Felipe intensiz terapiya palatasında müəyyən müddət qalmalıdır.”

Braziliya Qran Prisinin tibbi xidmətinin rəhbəri Dino Alman da mətbuat konfransında iştirak edib: “Felipe bizimlə danışdı, nə baş verdiyini bilmək istəyirdi, suallar verirdi. Biz ondan soruşmadıq ki, qəzanı xatırlayırmı. Şənbə günü kəllə sümüyünün zədələnməsi üzündən uğurlu cərrahiyə əməliyyatı keçirilib. Bildirmək istəyirəm ki, onun ailəsi tibbi xidmətdən razıdır, başqa hospitala köçürülmə məsələsi hələ müzakirə olunmur.”

Hospitalın nümayəndəsi juranlistlərə bildirib ki, Massanın ailəsi onun olduğu palataya azad keçə bilir. Sabah xəstəyə komandanın başçısı Stefano Domenikali baş çəkəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*