15 Sentyabr 2019, Bazar - 11:53

M.Şumaher etiraf edib ki, yarışlar əvvəlki kimi ləzzət eləmir

M.Şumaher etiraf edib ki, yarışlar əvvəlki kimi ləzzət eləmir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:07 - 11 May, 2011

Türkiyə Qran Prisindən sonra Mixael Şumaher birinci dəfə etiraf edib ki, Formula1 yarışları əvvəlki kimi ona ləzzət eləmir… Londonun The […]

Türkiyə Qran Prisindən sonra Mixael Şumaher birinci dəfə etiraf edib ki, Formula1 yarışları əvvəlki kimi ona ləzzət eləmir…

Londonun The Daily Telegraph qəzeti yarışdan sonra yeddiqat dünya çempionunun sözlərini dərc edib: “Əvvəlki kimi ləzzəet eləmir, güman edirəm ki, nəticələrə görə özüm məsuliyyət daşıyıram. Petrovla toqquşmada da mən günahkaram, səhvə yol verdim, bu insidenti təhlil etməliyəm. Bundan sonra yarış başqa senari üzrə getdi, mübarizə çox idi, aktiv idi, amma heç bir faydası olmadı.”

Şumaher gənc komanda yoldaşı Niko Rosberqə aşkar uduzur – mövsümün ilk dörd yarışında Mixael Nikonun 20 xalına qarşı cəmi 6 xal qazana bilib. Keçmiş Formula1 sürücüsü, hazırda BBC-nin şərhçisi olan Dəvid Kulthard hesab edir ki, bu fakt Mixaeli sarsıdır…

Dəvid Kulthard: “Şumaher komanda yoldaşına uduzur, bu faktdır. Statistika göstərir ki, Niko maşından daha effektiv istifadə edir.

Düzdür, Mixael hələ son sözünü deməyib. İstedadl həmişəki kimi var, amma özü özünə sual verməlidir. Məncə, məsələ ondadır ki, o yarışlardan ləzzət ala bilmir, sözünü düzünü desəm, 2008-ci ilin əvvəllərində mən də bu yolu keçmişəm.

Mən hiss edirdim ki, artıq rəqabətədavamlı deyiləm, yarışlar ləzzət eləmir, deməli, getmək vaxtıdır. Həftələr, aylar keçir, bu hisslər yavaş-yavaş artır və bir dəfə güzgüyə baxanda başa düşürsən ki, qərar qəbul etməyə hazırsan. Zamanı geri qaytarmaq mümkün deyil.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 186
Teqlər
Paylaş

logo