S.Fettel: “Bəxtimiz gətirdi”

Bəhreyn Qran Prisinin birinci və ikinci sərbəst yürüşlərində lider olan Fettel yaşadıqları problemi tez bir zamanda həll etdikləri üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü pitə girərkən boksa az qalmış problemə görə dayanmalı olub və marşalların köməyi ilə boksa çatdırılıb.

Sebastyan Fettel: “Sərbəst yürüşlərdə problem yaşadıq. Amma bəxtimiz gətirdi ki, qısa müddət ərzində həll edə bildik. Buna görə xoşbəxtəm. Komandadakılar əla iş gördülər. Ümumilikdə cümə günü yaxşı keçdi. Amma əsas işlər şənbə günü başlayacaq. Sıralanma turunda əla işlər görüb, poul qazanmaq istəyirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*