Əvvəllər mərhələnin keçirilməsi barədə yalnız Formula1 tərəfdən danışılırdı, lakin indi Bəhreynin Dayanıqlı İnkişaf naziri və ölkənin İqtisadi İnkişaf Şurasının icraçı direktoru Nur bint Əli Əl-Xulayf danışıqların faktını təsdiqləyib.
“Baş verənlər xoşagəlməz idi və bizim planlarımıza uyğun gəlmədi, – deyə Nur bint Əli Əl-Xulayf bildirib. – Biz ümid edirdik ki, bu il yeni Bəhreynin qurulması ili olacaq.
Hazırda bəzi əvvəllər ləğv edilmiş yarışların təqvimə geri qayıtması barədə danışıqlar aparılır. Hələlik heç bir təsdiq yoxdur, amma belə bir variant potensial olaraq nəzərdən keçirilir”.





