K.Sayns: Sazlanmalarda səhv etdik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, ikinci sessiyada sazlanmalarda səhv ediblər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdə güclü olsa da, ikinci sərbəst yürüşlərdə geridə qalıb.

Karlos Sayns: “Birinci sessiyada trasa çıxan kimi özümü yaxşı hiss edirdim. Balansdan razı idim. Ancaq təkmilləşəcək şeylər var idi. İkinci sessiyada fərqli sazlanmalar yoxladıq və bu da performansıma mənfi təsir etdi. Səbəbini bilirik. Şənbə və bazar günü daha güclü olacağıq. Cümə günü bəzi işlər görərək, şübhələri aradan qaldırdıq. Maraqlı gün idi. Bazar günü rəqabətədavamlı olmaq üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*