18 Avqust 2019, Bazar - 12:59

Avstriya-2017: Mətbuat konfranslarının cədvəli

Avstriya-2017: Mətbuat konfranslarının cədvəli

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:04 - 06 İyul, 2017

Avstriya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Lyuis Həmilton (Mercedes AMG), Kevin Maqnussen (Haas) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Felipe Massa (Williams), Karlos Sayns (Toro Rosso) və Maks Ferstappen (Red Bull)  mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Mauritsio Arrivabene (Ferrari), Mario İzola (Pirelli) və Toto Volff (Mercedes AMG), sonra isə Frants Tost (Toro Rosso), Günter Ştayner (Haas) və adı hələ açıqlanmayan Sauber-in nümayəndəsi əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 495
Teqlər , ,
Paylaş

logo