Avstriya-2020: Həftəsonuna ilkin hava proqnozu

Mövsümün ilk yarışı ənənəyə zidd olaraq, ilin ən isti fəslinə təsadüf edir, Lakin buna baxmayaraq, çempionat iştirakçılarını həftəsonu yağışlı hava gözləyir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, Şpilberqdə cümə, şənbə və bazar günlərində buludlu hava gözlənilir. Şimşək çaxacağı, leysan yağacağı proqnozlaşdırılır. Həftəsonu ən isti hava şənbə günü müşahisə ediləcək – temperatur +24 dərəcəyə qədər yüksələcək. Bazar günü isə termometrlər maksimum +20 dərəcəni göstərəcəklər.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru trasda baş tutmuşdu.

 

, ,