S.Moss xəstəxanadan çıxmağa hazırlaşır

Martın 8-də əfsanəvi sürücü Stirlinq Moss ciddi zədələrlə xəstəxanaya yerləşdirilmişdi – dördqat vitse-çempion öz evində liftin şaxtasına yıxılmış, üç mərtəbə […]

Martın 8-də əfsanəvi sürücü Stirlinq Moss ciddi zədələrlə xəstəxanaya yerləşdirilmişdi – dördqat vitse-çempion öz evində liftin şaxtasına yıxılmış, üç mərtəbə aşağı düşmüş, topuqlarını, bir çox sümüklərini sındırmış və onurğasını zədələmişdi. Xoşbəxtlikdən, müayinə göstərmişdi ki, daxili orqanlar zədələnməyib. Müalicə başa çatıb və bu uik-end Moss xəstəxanadan evə buraxılacaq – proseduralar evdə davam etdiriləcək…

Stirlinq Moss: “Mən təəssüflənirəm ki, bu xəstəxanada ilişib qaldım və səbirsizliklə çıxmağımı gözləyirəm. Ümid edirəm ki, bazar gününə kimi evimə qayıdacam. Heyif ki, hələ bir neçə ayı da əlil kreslolsunda keçirməliyəm, ən yaxşı halda mayda ayağa dura biləcəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*