N.Rosberq: “Fettel hər şeyi zibil qutusuna atdı”

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Fettel son həddə sürərək, asanlıqla qazana biləcəyi qələbini zibil qutusuna atıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü ən yaxın izləyicisi Bottasdan 7 saniyə öndə olsa da, etdiyi səhvlə mübarizəni vaxtından əvvəl dayandırıb və Hokkenhaymda ilk dəfə qalib gəlmək şansını əldən verib.

Niko Rosberq: “Çox pis oldu. İnanılmazdır. Hər şeyi zibil qutusuna atdı. Stadion bölgəsindəsiniz və o döngədə elə səhv etmək olmaz. Öz yarışına fokuslanmışdı və hər şeyi bərbad etdi. Belə şans həmişə ələ düşmür”.

, , , ,