25 İyun 2019, Çərşənbə axşamı - 10:38

Haas təcrübəsizliyin qurbanı olub

Haas təcrübəsizliyin qurbanı olub

Müəllif: Rauf Hacıyev, redaktor

14:22 - 15 Dekabr, 2018

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, təcrübəsizliyə görə dördüncü yeri itiriblər.

F-1.az xatırladır ki, amerikalılar bu il Renault-dan 29 xal geridə qalaraq, 5-ci olublar.

Günter Ştayner: “Mövsümü 4-cü yerdə bitirməmişiksə, öz günahımızdır. Amma hələ 3-cü mövsümümüz olduğunu unutmamalıyıq. Beşinci yer əladır. Müstəqil komandalar arasında liderik. Dördüncü ola bilərdik, amma deməklə olmur. Buna görə beşinciliyə sevinməliyik.

Bir səhvi bir dəfə etmək olar. Onda problemi olmaz. Əsas odur ki, o səhvi təkrarlamayasan. İlk səhv öyrənmək üçündür. Avstraliyadakl pit-stop fəlakəti buna misaldır. Daha sonra o cür problem yaşamadıq. Buna görə hər şey yaxşıdır. Doğru reaksiya verdik. Heç kimi günahlandırmadıq. Vəziyyəti düzəltməli idik və belə etdik. Daha sonra bu mövzuda daha da təkmilləşdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 310
Teqlər ,
Paylaş

logo