H.Marko öz dediyini təkzib edib

Red Bull şirkətinin idman məsləhətçisi helmut Marko dünən dediyini bu gün təkzib edib.

F-1.az xatırladır ki, Helmut dünən Daniel Rikkardonun gələn ildən Red Bull-un ehtiyat sürücüsü olacağını demişdi. Lakin o bu gün bildirib ki, onun sözləri səhv başa düşülüb və hələ heç nə dəqiq deyil: “Onunla danışıqlar aparırıq, amma hələ ortada heç nə yoxdur”.

Qeyd edək ki, Rikkardo bu həftəsonu Əbu Dabidə MCLaren-lə son yarışına çıxır və gələn il üçün heç bir komanda ilə müqaviləsi yoxdur. Hazırda onun adı Mercedes və Red Bull-un ehtiyat sürücüsü kimi hallanır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*