22 Noyabr 2019, Cümə - 08:43

H.Marko: “Ferrari soyutma sistemində problemi yaşadı”

H.Marko: “Ferrari soyutma sistemində problemi yaşadı”

Müəllif: Rauf Hacıyev, redaktor

14:17 - 28 Mart, 2019

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko Ferrari-nin mövsümün ilk yarışı Avstraliyada soyutma sistemi ilə bağlı problem yaşadığını deyib.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümöncəsi testlərdə sürətli görünsələr də, Avstraliyada Fettel finişə Bottasdan təxminən bir dəqiqə sonra çatıb.

Helmut Marko: “Ferrari zəif performans göstərdi. Haas da həmçinin. Səbəbini tam bilməsək də, məncə, soyutma sistemində problem yaşadıqları üçün mühərriyi zəif rejimdə işlətdilər. Haas da yarışda birdən yavaşlamışdı. Məncə, təkərlərlə bağlı problemləri də var idi. Çünki Lekler Hard təkərlərdə olduğu halda, Medium təkərli Fetteldən sürətli idi. Burada bir problem var idi. Çünki Fettel cəmi üç dövrə sürətli oldu və sonra zəiflədi. Medium təkərlərlə çox zəif idilər. Biz isə yeyilmə ilə bağlı problem yaşamadıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 292
Teqlər , ,
Paylaş

logo