H.Marko: Avstraliya yarışı keçirilməli idi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, koronavirus insanlar tərəfindən çox şişirilir və buna görə Avstraliya yarışının ləğv olunması mənasız addım olub.

F-1.az xatırladır ki, McLaren komandasının işçisində koronavirus tapıldığı üçün Avstraliya Qran Prisi təxirə salınmışdı.

Helmut Marko: “Ofisdə işləyirəm və meşədə mişarla işləyərək başımı qatıram. İnsanlar super marketlərdə yemək almaq üçün mübarizə aparırlar. Küçədə üç-üç gəzəndə belə polis sizə yaxınlaşır. Bu, dəlisovluqdur. Bu xəstəlikdə ölüm qripdən bir az çoxdur. Ancaq əksər insanlar üçün bu xəstəlik ciddi deyil. Hazırda problemim yoxdur. Keçən həfrə Melburnda 14 saat vaxt keçirdim. Avstraliyaya dördüncü gedib, beşici gün geri qayıtdım.

Sözün düzü, yarışın keçirilməsinə ümid edirdim. Avstraliya yarışının təşkilatççıları da yarışı keçirmək istəyirdilər. Amma McLaren komandasının bir işçisində testlər pozitiv çıxdı və Daimler-in tələbi ilə Mercedes komandası yarışdan çəkildi.

Biz yarışmaq istəyirdik. 2005-ci ildə İndianapolisdə sadəcə 3 komanda yarışa başlamışdı. Ancaq Avstraliyada cümə sərbəst yürüşləri başlasaydı, hamı trasa çıxacaqdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*