Gənc sürücülərin testləri: Silverstounda yoxsa Abu Dabidə?

Biz artıq yazmışdıq ki, gənc sürücülərin ənənəvi testləri Abu Dabidən Silverstouna keçirilə bilər. Son illərdə gənc istedadlar məhz Yas Marina […]

Biz artıq yazmışdıq ki, gənc sürücülərin ənənəvi testləri Abu Dabidən Silverstouna keçirilə bilər. Son illərdə gənc istedadlar məhz Yas Marina avtodromunda mövsümün sonunda özülərini göstərmək şansı qazanırdılar, amma yeni variantın öz üstünlükləri var.

Birincisi, payızda komandaları çox gərgin təqvim gözləyir – beş həftə ərzində dörd Qran Pri. Əgər bu vaxt üstəlik gənc sürücülərin testləri də təşkil olunarsa, mexanik və mühəndislər sadəcə dincələ bilməyəcəklər. İkincisi, Abu Dabi Qran Prisindən sonra komandaları ABŞ və Braziliya Qran Priləri gözləyir, ona görə də, ola bilər ki, titul uğrunda mübarizə aparan komandalar gənc sürücülərin testlərini öz məqsədləri üçün istifadə etsinlər.

Keçən həftə Çin Qran Prisi günlərində testlərin Silverstounda keçirilməsi məsələsi yenə də müzakirə olunub – amma, Autosport həftəliyinin bildirdiyinə görə, yekdil qərar qəbul olunmayıb. İstisna deyil ki, komandalara seçim azadlığı veriləcək – ya yayda Böyük Britaniya Qran Prisindən bir həftə əvvəl, ya da payızda Abu Dabi Qran Prisindən sonra.

Belə vəziyyətdə, əlbəttə, hər şeyi əvvəlcədən ölçüb-biçmək lazımdır ki, sonra deməsinlər ki, hansısa komanda üstünlük qazanıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*